Siyasət
Özbəkistan prezidenti: "Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək"
"Əminəm ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək". Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə təltifetmə mərasimində bildirib. Özbəkistan prezidenti qeyd edib: "Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli "Dostluq" ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir".
Mənbə
oxu.az