Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...
“İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev bildirib.
“Gələn il ölkələrimizdə, bu barədə də danışmışıq, mühüm idman tədbiri – gənclər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bununla əlaqədar yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərimizi birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.
Həmçinin Özbəkistan-Azərbaycan idman oyunlarının təsis edilməsini təklif edirik. Bu çərçivədə gənclər yalnız idman arenalarında deyil, həm də intellektual yarışlarda mübarizə apara bilərlər. Əgər bunu komandalarımıza tapşırsaq, çox yaxşı olar”, - Mirziyayev qeyd edib.