Cəmiyyət
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub: Yaralılar var
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib. Belə ki, "ISUZU" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan 4 nəfər - Göyüş Tahir oğlu Rəhimov, Sevda Adil oğlu Abdullayeva, Vüqar Cövdət oğlu Bayramlı və Gülsənəm Abış qızı Abdullayeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az