Cəmiyyət

Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO

23 Aug 2026, 09:12 3 baxış
Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO Göyçayda QƏZA: Xəsarət alanlar var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər