Cəmiyyət
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparıb. Nəticədə nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Yolda dərin yarğanlar yarandığından avtomobillərin hərəkəti qeyri-mümkün olub. Sonradan turistlər bütün zəruri ləvazimatlarla təmin ediliblər. "Kamçatka vulkanları" təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub. Oxu.Az xəbər verir ki, bu gün Dolivets turistlərin təxliyə olunduğunu bildirib. "Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan - təşəkkür edirəm", - deyə o yazıb.
Kamçatka diyarı hökumətinin mətbuat xidmətindən TASS agentliyinə verilən məlumata görə, Tolbaçik vulkanının turist marşrutunda ümumilikdə 149 nəfər ilişib qalıb. Onlardan 117-si helikopterlərlə təxliyə olunacaq: "Tolbaçik vulkanının turist marşrutunda qalan insanların ümumi sayı 149 nəfər təşkil edib. Onlardan 117 turist helikopterlərlə təxliyə ediləcək. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan sürücülərdir", - deyə rəsmi məlumatda bildirilir. * Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çətin vəziyyətə düşdü: TƏXLİYƏ təxirə salındı - FOTO - VİDEO Turistlər və bələdçilər helikopterlərlə Esso kəndinə dönən yolayrıcına çatdırılacaqlar. Oradan isə insanlar avtobuslarla Petropavlovsk-Kamçatskiyə aparılacaqlar. Sürücülər isə nəqliyyat vasitələri ilə birlikdə yerində qalacaq və yolun təmizlənməsini gözləyəcəklər. Yol bərpa edildikdən sonra onlar öz avtomobilləri ilə ərazidən çıxa biləcəklər.

Mənbə
oxu.az