Kriminal
Bədbəxt hadisə: Bacı-qardaş batdı, birinin meyiti tapıldı
İsmayıllı rayonunda ehtiyatsızlıq səbəbindən ağır bədbəxt hadisə baş verib. Təsərrüfat məqsədləri üçün istifadə olunan göldə bacı və qardaş batıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən onlardan birinin meyiti sudan çıxarılıb. Digər azyaşlının axtarışları isə hazırda intensiv şəkildə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az