Cəmiyyət
Kəlbəcərlə Laçın arasında MƏSAFƏ QISALIR: Yeni yoldan GÖRÜNTÜLƏR
Kəlbəcər və Laçın arasında inşa olunan yeni avtomobil yolu ilə iki rayon arasındakı məsafə 31,98 kilometr qısalacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometr təşkil edir. Yol I-II texniki dərəcəli olmaqla, 2-4 hərəkət zolağından ibarət olacaq.
Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçidin inşası həyata keçirilir. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb. Hazırda tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Layihə üzrə ümumi işlərin 50 faizdən çoxu artıq icra olunub. Yeni avtomobil yolunun istifadəyə verilməsi Kəlbəcər və Laçın arasında gediş-gəlişin qısalmasına, həmçinin regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaradacaq.

Mənbə
oxu.az