Dünya

ABŞ-də miqrantların deportasiyası: Liberiyaya göndərilən miqrantlar üçün Ağ Ev nə qədər ödəyir?

22 Aug 2026, 13:36 2 baxış
ABŞ-də miqrantların deportasiyası: Liberiyaya göndərilən miqrantlar üçün Ağ Ev nə qədər ödəyir?
ABŞ administrasiyası üçüncü ölkə miqrantlarının ABŞ-dən Liberiyaya deportasiyası üzrə razılaşma çərçivəsində Liberiyaya 5 milyon dollar ödənilməsini təsdiqləyib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat verib. Qeyd edilir ki, 2025-ci ilin oktyabr ayında Liberiya ABŞ-yə miqrantları qəbulu imkanını nəzərdən keçirəcəyinə söz verib, dekabr ayında isə ABŞ xarici siyasət idarəsi bunun üçün 5 milyon dollar ödənilməsi imkanını təsdiqləyib. ABŞ Dövlət Departamentinin sənədlərinə əsasən, bu vəsaitlər həmçinin miqrantları yaşayış yeri və qida ilə təmin edilməsi, eləcə də onların peşə təhsili üçün istifadə edilə bilər. Daha əvvəl Liberiyanın informasiya, mədəniyyət və turizm naziri Djerolinmek Pia bildirmişdi ki, Liberiya yaxın bir il ərzində ABŞ-dən 1200 üçüncü ölkə vətəndaşını qəbul edəcək. Deportasiya edilənlərin ilk qrupu avqustun 20-də ABŞ-dən Liberiyaya çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər