Kriminal
Bakıda ağır qəza: Ölən və yaralananlar var - VİDEO
Bakı şəhəri, Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində qeydə alınıb. Belə ki, hadisə zamanı 90-EV-255 dövlət qeydiyyat nişanlı "Mercedes 190" markalı avtomobil ilə 99-VQ-246 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə səbəb sürücülərin nəqliyyat vasitələrini yüksək sürət ilə idarə etməsi olub. Baş verən hadisə nəticəsində 1998-ci il təvəllüdlü Əlican Əli oğlu Cəfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə
oxu.az