Cəmiyyət

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

22 Aug 2026, 13:24 2 baxış
Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz Vito" markalı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən qadın piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Aparılan istintaq tədbirləri zamanı piyadanın şəxsiyyəti müəyyən edilib. Ölən şəxs 1972-ci il təvəllüdlü Şəmkir rayonu Mahmudlu kənd sakini Təravət Azad qızı İsrafilovadır. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər