Cəmiyyət
Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişikliyə əsasən, marşrutun başlanğıc dayanacağı metronun "Elmlər Akademiyası" stansiyası, aralıq dayanacaqları "Nizami" və "Gənclik" stansiyaları, son dayanacağı isə "Koroğlu" stansiyası olacaq. Bildirilib ki, dəyişiklik avqustun 24-dən qüvvəyə minəcək. Qeyd edək ki, buna qədər M6 ekspres marşrutu metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərirdi.
Mənbə
oxu.az