Pxenyanın Rusiyaya verdiyi raket: Beş "İsgəndər" gücündədir...
Aşağı dəqiqlik və böyük döyüş başlığı Şimali Koreya raketlərini mülki şəxslər üçün çox təhlükəli edir.
Axar.az xəbər verir ki, bu barədə aviasiya üzrə ukraynalı ekspert Boqdan Dolintse UNİAN-a şərhində deyib.
O, KN-30 raketinin KN-23 və KN-24-dən xeyli güclü olduğunu qeyd edib.
"Hazırda KN-30 raketi haqqında çox məlumat yoxdur. İddia olunur ki, bu raket 2,5 ton partlayıcı maddə daşıya bilər. Bu, beş “İskəndər” raketinin və ya bir neçə KN-23/24 raketinin gücünə bərabərdir", - deyə Dolintse bildirib.
Bundan əlavə, o, Rusiya raketləri ilə müqayisədə KN seriyalı raketlərin əsas çatışmazlığının onların daha aşağı dəqiqliyi və daha aşağı uçuş sürəti olduğunu və bu da onları raketdən müdafiə sistemləri üçün daha asan hədəfə çevirdiyini qeyd edib.
Qeyd edək ki, Şimali Koreya ilk dəfə olaraq Rusiyaya daha ağır “Hvasong-11C” (KN-30) ballistik raketlərini verib.