Maraqlı
Dünyada ilk: Nəhəng piton xərçəngdən xilas edildi - FOTO
Böyük Britaniya zooparklarından birində nəhəng pitona dünyada ilk dəfə olaraq, adətən insanlar üçün nəzərdə tutulan elektrokimyaterapiya metodu tətbiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, çəkisi 50 kiloqram, uzunluğu isə 4,5 metr olan ilan yeməkdən imtina edir və tez-tez hərəkətsiz qalırmış. Müayinə zamanı həkimlər onun çənəsində bədxassəli şiş aşkar ediblər. Şiş əvvəlcə cərrahi yolla çıxarılsa da, sonradan yenidən inkişaf edərək sümüyü parçalamağa başlayıb və ilanın həyatı üçün ciddi təhlükə yaradıb. Bu mərhələdə yerli baytar İen Eşpol Liverpul Universitetindən olan onkoloqlarla birlikdə bleomisin preparatının və elektrik impulslarının tətbiq olunduğu proseduru sürünən üçün uyğunlaşdırıb. Doxsan dəqiqə davam edən əməliyyatdan sonra piton yenidən normal qidalanmağa başlayıb. Zoopark işçilərinin sözlərinə görə, nəhəng ilan əməliyyatdan sonra əvvəlki aktivliyini bərpa edib. Aparılan yoxlamalar ilanda xərçəngin heç bir əlamətinin qalmadığını göstərib. Xəbərdə bildirilir ki, əməliyyat zamanı pitonu yerləşdirmək məqsədilə iki nəfərlik çarpayı böyüklüyündə platforma yaratmaq üçün iki masanı birləşdirmək lazım gəlib. Unikal prosedur barədə ətraflı məlumat beynəlxalq ictimaiyyət üçün dərc ediləcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər