Dünya

"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB

22 Aug 2026, 04:02 2 baxış
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
Avtomobil istehsalçısı "Tesla" qapı tutacaqlarının rəngi ilə əlaqədar yarana biləcək təhlükəsizlik problemlərinə görə Çin bazarından təxminən 3 milyon elektromobilini geri çağırır. Şirkət bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsinə məlumat verib. Oxu.Az xəbər verir ki, bu məlumat qurumun rəsmi internet səhifəsində yer alıb. Geri çağırılma ölkə daxilində istehsal edilmiş "Model 3", həmçinin idxal olunan "Model X" və "Model S" elektromobillərinə şamil edilir. Avtomobilin mexaniki qapı tutacaqlarının rəngi salonun rəngi ilə eyni olduğundan onların tapılması və istifadəsi çətinləşir. Bu hal qəza vəziyyətində qapıların cəld açılmasına mənfi təsir göstərə bilər. "Tesla" tutacaqlara rəngli stikerlər yapışdırmaqla bu vəziyyəti aradan qaldırmağı planlaşdırır. Bundan əlavə, şirkət şüşələrin qəza zamanı aşağı salınması sisteminin proqram təminatını da yeniləyəcək. Eyni zamanda, "Tesla" avtopilot aktivləşdirilərkən sürücünün diqqətinə nəzarət sistemini təkmilləşdirmək məqsədilə 2.73 milyon "Model Y" və "Model 3" avtomobilinin də geri çağırıldığını bildirib. Avtomobillərin bu cür geri çağırılması avtoistehsalçının Çin bazarındakı fəaliyyəti tarixində ən böyük göstərici olub. Şanxaydakı "Tesla" zavodunda "Model 3" sedanı, həmçinin "Model Y" və "Model Y L" krossoverləri yığılır. Çin istehsalı olan "Model 3" avtomobilləri 2020-ci ilin oktyabr ayından etibarən Avropa ölkələrinə ixrac edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər