Cəmiyyət

39 yaşlı sürücü sükan arxasında öldü

21 Aug 2026, 13:10 32 baxış
39 yaşlı sürücü sükan arxasında öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.


Axar.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.


Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi VAZ-2107 markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.


Onun infarktdan öldüyü bildirilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər