Dünya

Şimal dənizində 90 ildən sonra ilk dəfə nəhəng tunes balığı tutuldu

21 Aug 2026, 08:16 2 baxış
Şimal dənizində 90 ildən sonra ilk dəfə nəhəng tunes balığı tutuldu
Şimal dənizində təxminən 90 ildən sonra ilk dəfə adi tunes balığı ovlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Böyük Britaniyanın Şimali Yorkşir qraflığındakı Uilbi balıqçı limanı yaxınlığında "Dominator" gəmisinin heyəti çəkisi 338 kiloqram olan tunes tutub. Hadisə şahidlərinin sözlərinə görə, nəhəng balıq gəmini bir tərəfə əyməyə belə müvəffəq olub. Heyət üzvləri ovdan məmnun qalıblar və balığın Böyük Britaniyadakı restoranlara satılacağı bildirilib. Qeyd edilir ki, bu, 1939-cu ildən bəri həmin ərazidə tutulan ilk tunes balığıdır. Əvvəllər Britaniya sahillərində bu nəhəng balıqlara tez-tez rast gəlinsə də, növ 1960-cı illərdə Şimal dənizindən tamamilə yoxa çıxmışdı. Tarixə nəzər salsaq, 1933-cü ildə Uilbi yaxınlığında 386 kiloqramlıq tunes tutulub. Bu göstərici qarmaqla tunes ovunda Britaniyanın indiyədək qeydə alınmış rekordu olaraq qalır. Son on il ərzində mavi tunes balıqları böyük sürülər halında Britaniya adalarının cənub-qərb sahillərinə geri dönməyə başlayıb. Mütəxəssislər bu növün populyasiyasının artmasını Şimal dənizində suların istiləşməsi ilə əlaqələndirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər