İqtisadiyyat
"Bitcoin"in qiyməti artdı
"Bitcoin"in qiyməti ticarət zamanı 27 maydan bəri ilk dəfə olaraq 75 000 dolları keçib. Oxu.Az-ın xəbərinə görə, bunu "Binance" platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 05:33-ə olan məlumata görə, "Bitcoin"in qiyməti 2,77% artaraq, 75 045 dollara çatıb. Saat 05:38-ə qədər "Bitcoin"in qiyməti artımını ləngidib və 74 680 dollar təşkil edib (+2,27%).
Mənbə
oxu.az