Cəmiyyət

Uşaqların yol təhlükəsizliyi üzrə beynəlxalq tədbiri başa çatıb - FOTO - VİDEO

21 Aug 2026, 10:03 2 baxış
Uşaqların yol təhlükəsizliyi üzrə beynəlxalq tədbiri başa çatıb - FOTO - VİDEO
Qazaxıstan Respublikasının Kostanay şəhərində keçirilən "Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması" mövzusunda elmi-praktik konfrans və "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq tədbir başa çatıb.

Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində müxtəlif ölkələrdən olan məktəblilər yol hərəkəti təhlükəsizliyi üzrə bilik və bacarıqlarını müxtəlif yarış və praktiki tapşırıqlarda nümayiş etdiriblər. Azərbaycanı təmsil edən şagirdlər də yarışlarda fəal iştirak edərək yol hərəkəti qaydaları, ilkin tibbi yardım, eləcə də yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunan səhnəcik və təqdimatlarla çıxış ediblər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları isə iştirakçı ölkələrin nümayəndələri ilə uşaqlar və yeniyetmələr arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər barədə fikir və təcrübə mübadiləsi aparıblar. Tədbirin yekununda iştirakçıların çıxışları və nəticələri qiymətləndirilib, fərqlənən komandalar mükafatlandırılıb. Beynəlxalq tədbir uşaqların yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və praktiki bacarıqlarının artırılması, eyni zamanda ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Uşaqların yol təhlükəsizliyi üzrə beynəlxalq tədbiri başa çatıb - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər