Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
Ukrayna pərakəndə satış şəbəkələri yalnız müvəqqəti təchizat gecikmələri və düşmənin paylama mərkəzlərinə zərbələri nəticəsində məhsul seçimində müəyyən azalma ilə qarşılaşa bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski bildirib.
O qeyd edib ki, Ukrayna istehsalçılarının hazırki gücü hər bir zəruri məhsul qrupu üçün daxili istehlakı ödəməyə kifayət edir.
"Çətinliklər olduqda, çatdırılmada qısamüddətli fasilələr yarana bilər, çünki logistika tənzimlənməlidir. Birbaşa çatdırılma ilə bağlı format dəyişir”, - Vısotski bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya hərbi qüvvələrinin Kiyev və ətraf bölgələrə zərbələri nəticəsində "Episentr", "ROZETKA" və "Nova Poşta" kimi iri ticarət və logistika şirkətlərinin infrastrukturu zərər görüb.