Rusiyaya dərin zərbələr: Bu, Putinin xeyrinədir...
Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələri ölkə iqtisadiyyatına və gündəlik həyatına getdikcə daha çox təsir göstərir, lakin hələlik müharibəyə dəstəyin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmayıb. Üstəlik, bu cür taktikalar rusları ölkənin ekzistensial təhlükə ilə üzləşdiyinə inandırmaqla Kremlin mövqeyini gücləndirə bilər.
Axar.az xəbər verir ki, bu barədə britaniyalı köşə yazarı Oven Metyus “Spektator Avstralia” üçün yazdığı məqalədə qeyd edir.
Müəllif Ukraynanın Rusiyaya qarşı davam edən dərin zərbələr kampaniyasını, o cümlədən neft emalı zavodlarına, “Wildberries” anbarlarına və dəniz yolu ilə neft ixracına hücumlarını sadalayıb.
Metyusun sözlərinə görə, Kiyev Rusiyada müharibə əleyhinə əhval-ruhiyyənin artması gözləyirdi, lakin bu baş vermədi.
Köşə yazarı Kremlin sorğu mərkəzi olan FOM-un məlumatlarına istinad edir və iddia edir ki, müharibəyə ümumi dəstək 72%-dən çoxdur.