Dünya
Vuçiç Serbiyada növbədənkənar parlament seçkisinin tarixini açıqladı
Serbiya Prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkisinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb. Oxu.Az bu barədə Serbiya Radio və Televiziyasına istinadən xəbər verir. "Beləliklə, hazırkı vəziyyətə görə, Serbiyada parlament seçkisi ya oktyabrın 18-də, ya da 25-də keçiriləcək", - deyə Vuçiç qeyd edib. Bundan əvvəl ölkə rəhbəri parlament seçkisinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini bildirmişdi. Vuçiç hakim Serb Tərəqqi Partiyasının qələbəsinə ümid edir və bu halda baş nazir postunu tuta biləcəyini istisna etmir.
Mənbə
oxu.az