Digər
ABŞ Qətərə 4,5 milyard dollarlıq hərbi texnika satacaq
ABŞ Qətərə ümumi dəyəri 4,5 milyard dollar olan dörd KC-46A tanker təyyarəsinin satışını təsdiqləyib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu razılaşma Vaşinqton üçün vacib strateji tərəfdaş və Yaxın Şərqdə siyasi sabitliyin amili olan Qətərin təhlükəsizliyini gücləndirəcək.
Təchizat həmçinin Qətərə mövcud və gələcək təhdidlərə qarşı mübarizə aparmaq üçün imkanlarını genişləndirməyə və regional təhlükəsizliyin təmin edilməsindəki rolunu gücləndirməyə imkan verəcək.
Sazişin əsas podratçıları “Boinq”, “Pratt & Whitney Military Engines”, “RTX Corporation” və “Northrop Grumman Corporation” olacaq.
Mənbə
axar.az