Digər

Rusiya iki yük gəmisinə zərbə endirdi

20 Aug 2026, 23:52 1 baxış
Rusiya iki yük gəmisinə zərbə endirdi

Rusiya Silahlı Qüvvələri Çernomorsk limanında Ukrayna üçün sursat və hərbi texnika daşıyan iki quru yük gəmisinə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, gün ərzində həyata keçirilən hücumlar nəticəsində gəmilərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yanacaq və sürtkü yağları ilə dolu çən də məhv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər