Digər
Zimbabvedə gəmi qəzası: ölənlərin sayı 97-yə çatdı
Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti məlumat yayıb.
Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb.
Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.
Mənbə
axar.az