Şou biznes
Hayden Panettyerinin qonşusu: "Aktrisa sevgilisi tərəfdən zorakılığa məruz qalırdı"
Hayden Panettyerinin qonşusu Mia Terazzas aktrisanın sevgilisi Brayan Hikersonu məişət zorakılığında günahlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Terazzas tanınmış sənətçinin mənzilindəki səs-küy səbəbindən dəfələrlə "911" xidmətinə müraciət etdiyini bildirib. O, Panettyerinin xərəkdə aparıldığı anı xatırlayaraq, aktrisanın döyülmə izlərinə bənzər xəsarətlər aldığını düşündüyünü qeyd edib. Qonşusunun sözlərinə görə, həmin vaxt aktrisa qorxu içində olub. Qonşunun bildirdiyinə görə, 2025-ci ildə ev sahibləri assosiasiyası binanın hər yerinə elanlar vuraraq sakinlərə Hikersonu gördükləri halda "911"ə zəng etmələrini xəbərdar edib. Lakin bu elanlar bir həftə sonra yığışdırılıb. "Bu manyak bizim ərazidə idi. O, hər zaman aktrisa ilə eyni mənzildə yaşayırdı. Bir dəfə səhər saat beşdə əlində ağır çəkiclə içəri daxil olub onun hamam otağını darmadağın etmişdi", - deyə Terazzas əlavə edib. Xatırladaq ki, avqustun 16-da Hayden Panettyeri dünyasını dəyişib. Onun cəsədini Brayan Hikerson aşkar edib və təcili yardıma xəbər verib. Aktrisanın vəfatından sonra anası Lesli Vogel qızının sevgilisinə qarşı nifrətini gizlətməyib. Vogelin sözlərinə əsasən, ailəsi aktrisanın Hikersonla hər hansı bir əlaqə qurmasını istəməyib.
Mənbə
oxu.az