Digər
Kiyevdə ticarət mərkəzinə PUA düşdü
Ukraynanın paytaxtı Kiyevin Qoloseyevski rayonundakı biznes mərkəzinə PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda məlumat verib.
O, bütün təcili yardım xidmətlərinin yanğının söndürülməsinə cəlb olunduğunu qeyd edib.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xilasedicilər həmçinin ərazidə bir nəfərin cəsədini aşkar ediblər.
Mənbə
axar.az