Dünya

Şahzadə Harri və Meqan Markl altı ildən sonra Böyük Britaniyaya qayıdırlar

20 Aug 2026, 13:38 1 baxış
Şahzadə Harri və Meqan Markl altı ildən sonra Böyük Britaniyaya qayıdırlar
ABŞ-yə köçdükdən altı il sonra Britaniya şahzadəsi Harri həyat yoldaşı Meqan Markl və övladları ilə birlikdə yenidən Birləşmiş Krallıqda məskunlaşmağa hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Cütlüyün uşaqları ilə birlikdə avqust ayının sonunadək kral ailəsinə aidiyyəti olmayan bir iqamətgaha köçəcəyi gözlənilir. Məqalədə qeyd olunur ki, həmin ev böyük ehtimalla Londonun hüdudlarından kənarda yerləşir. Bildirilir ki, yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibet artıq Britaniya məktəblərindən birində qeydiyyatdan keçiblər və sentyabr ayında dərslərə başlamalıdırlar. İddialara görə, Böyük Britaniya Kralı III Çarlz artıq cütlüyün bu qərarı barədə məlumatlandırılıb. Nəşrin məlumatına əsasən, şahzadə Harri və Meqan Markl kral ailəsi üzvləri kimi rəsmi öhdəliklərini yenidən icra etməyəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər