Siyasət

Paşinyan: "Ermənistan Nazirlər Kabinetinin yeni proqramında "Qarabağ hərəkatı" məntiqi yoxdur"

20 Aug 2026, 13:58 2 baxış
Paşinyan: "Ermənistan Nazirlər Kabinetinin yeni proqramında "Qarabağ hərəkatı" məntiqi yoxdur"
"Hökumətin yeni proqramında "Qarabağ hərəkatı" məntiqi yoxdur". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasında Nazirlər Kabinetinin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən bildirib. "Praktiki olaraq, Ermənistanın orta və yaşlı nəsildən olan bütün siyasi xadimləri, eləcə də gənc nəsildən bir çoxu "Qarabağ hərəkatı" ideologiyası ilə əlaqəlidir. Bu, hökumət nümayəndələrinə də aid idi. Buna baxmayaraq, ötən illərdə hökumət "illərdir bağlı qalan səhifələri yenidən oxumaq qərarına gəlib". Onlar üzərində yenidən düşünülməsi dünya gündəminin və real Ermənistanın formalaşmasına gətirib çıxardı", - deyə o bildirib. Paşinyanın sözlərinə görə, müvafiq mesaj Ermənistan ictimaiyyətindən də gəlib. O əlavə edib ki, günün sülh gündəmi şərtlərində hökumət böhran idarəetməsindən adi idarəetməyə keçəcək, insan hüquqlarının gücləndirilməsinə, iqtisadi diplomatiyaya (bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Xarici Ticarət Nazirliyi kimi dəyişdiriləcək), süni intellektin yayılması ilə bağlı məsələlərə və səhiyyə məsələlərinə daha çox diqqət yetirəcək. Proqramın son hissəsində qeyd olunur ki, dövlət ideologiyasındakı dəyişikliklərin dərinliyi nəzərə alınaraq, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçid elan edilə bilər. Hökumət tərəfindən təsdiqləndikdən sonra 2026-2031-ci illər üçün proqram təsdiq üçün parlamentə göndəriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər