Cəmiyyət

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

20 Aug 2026, 12:06 15 baxış
İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub. Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər