Cəmiyyət

Azərbaycanda avtomobil qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA - FOTO

20 Aug 2026, 10:42 3 baxış
Azərbaycanda avtomobil qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA - FOTO
2026-cı ilin ilk altı ayı ərzində (yanvar-iyun aylarında) Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6 faiz azdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qeyd olunan dövrdə yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin sayı 15.1 faiz azalaraq 689 nəfər olub. Onlardan 285 nəfər həlak olub, 404 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq yaralanıb. Hadisələrin 44.3 faizi gecə, 38,6 faizi gündüz, 17.1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34.3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Məlumata görə, yol-nəqliyyat hadisələrinin 83.7 faizi yaşayış məntəqələrində qeydə alınıb. Yaşayış məntəqələrində baş verən qəzalar nəticəsində həlak olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9.9 faiz azalaraq 201 nəfər olub. Yaralananların sayı isə 19.7 faiz azalaraq 379 nəfərə düşüb. Bütün yol-nəqliyyat hadisələrinin 43.9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36 faizi bir neçə nəqliyyat vasitəsinin, 20.1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78.9 faizini, yaralananların isə 72.3 faizini kişilər təşkil edib.
Azərbaycanda avtomobil qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA - FOTO Azərbaycanda avtomobil qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər