Cəmiyyət

"Üç mərtəbə vəd etdilər, səkkizinci mərtəbəni tikirlər" - Masazır sakinlərindən ŞİKAYƏT - VİDEO

20 Aug 2026, 00:12 1 baxış
"Üç mərtəbə vəd etdilər, səkkizinci mərtəbəni tikirlər" - Masazır sakinlərindən ŞİKAYƏT - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsində yaşayan sakinləri ərazidə aparılan tikinti işləri narahat edir. Sakinlərin bildirdiklərinə görə, tikinti şirkəti əvvəlcə ərazidə üçmərtəbəli binanın inşasını planlaşdırdığını bəyan etsə də, sonradan mərtəbələrin sayı artırılıb.

Vətəndaşlar qeyd edirlər ki, tikilinin mərtəbə sayı artdıqca onların həyətdə sərbəst və rahat hərəkət etməsi qeyri-mümkün olub. Bununla yanaşı, tikinti şirkəti tərəfindən küçədəki yol örtüyü sıradan çıxarılıb, ərazidən keçən kanalizasiya xətti isə zədələnib. Hazırda çirkab sularının axması səbəbindən həmin əraziyə gediş-gəliş tamamilə məhdudlaşıb. Sakinlər həmçinin tikinti zamanı çoxlu sayda ağacın kəsildiyini və qurudulduğunu, hazırda ərazidə yalnız bir neçə ağacın qaldığını qeyd edirlər. "Bizə əvvəlcə üçmərtəbəli binanın tikiləcəyi vəd olunmuşdu, lakin artıq səkkizinci mərtəbə tikilir. Bina ilə evimizin arasında cəmi 2-3 metr məsafə var. Təhlükəyə görə həyətə çıxmağa, uşaqları buraxmağa qorxuruq. Ərazidəki ağaclar kəsilib, yolumuz dağıdılıb. Bizə təzminat yox, küçəmizin bərpa olunması və təhlükəsizliyimizin təmin edilməsi lazımdır. Aidiyyəti qurumlardan tikintinin dayandırılmasını və ya əvvəlki qaydada - üç mərtəbə ilə məhdudlaşdırılmasını xahiş edirik", - deyə şikayətçilərdən biri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər