İdman

"Fənərbağça" gənc forvardı ilə yollarını ayırdı - FOTO

19 Aug 2026, 19:08 1 baxış
"Fənərbağça" gənc forvardı ilə yollarını ayırdı - FOTO
"Fənərbağça" heyətində növbəti dəyişikliyi gerçəkləşdirərək gənc futbolçusu Sidiki Şeriflə rəsmən yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul klubu 19 yaşlı perspektivli hücumçunun İngiltərənin "Koventri Siti" komandasına transferi barədə yekun razılığa gəlindiyini bəyan edib. "Klubumuz ötən mövsümün qış fasiləsində heyətimizə qoşulan peşəkar futbolçumuz Sidiki Şerifin transferi ilə bağlı "Koventri Siti" ilə razılığa gəlib", - deyə İstanbul təmsilçisinin yaydığı rəsmi açıqlamada vurğulanıb.
"Fənərbağça" gənc forvardı ilə yollarını ayırdı - FOTO "Fənərbağça" gənc forvardı ilə yollarını ayırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər