İdman
Harri Keynə "Qızıl buts" təqdim olunub - FOTO
"Bavariya"nın hücumçusu Harri Keynə 2025/26 mövsümünün yekunlarına görə "Qızıl buts" mükafatı təqdim edilib. Oxu.Az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, təntənəli mərasim Münhen klubunun muzeyində baş tutub.
"Qızıl buts" hər il Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim olunur. Almaniya çempionatının 2025/26 mövsümündə ingiltərəli hücumçu keçirdiyi 31 oyunda 36 qol vurub. 33 yaşlı Keyn bu mükafatı karyerasında ikinci dəfə qazanıb. O, ilk dəfə "Qızıl buts"a 2024-cü ildə sahib çıxmışdı. Keyn futbol tarixində bu trofeyi iki dəfə qazanmağı bacaran onuncu futbolçudur. Rekord isə Messiyə məxsusdur - argentinalı hücumçu "Qızıl buts"u altı dəfə əldə edib.

Mənbə
oxu.az