İdman
"Tvente"nin baş məşqçisi "Qarabağ"la oyundan danışdı
“Qarabağ” Konfrans Liqasından daha yüksək səviyyədə də oynayıb. Bu da onların yaxşı kollektiv olmasından xəbər verir. "Qarabağ"ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var.
Axar.az xəbər verir ki, bunu Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom mətbuat konfransında deyib.
“Onlar topa sahib olmağa önəm verirlər. Düşünürəm ki, biz də mərhələ adlaya bilərik. İlk matçda maksimum nəticə qazanmaq üçün azarkeşklərin dəstəyi də vacibdir", - o bildirib.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə
axar.az