İqtisadiyyat

Azərbaycanda 2 milyona dövlət əmlakı satışa çıxarıldı

19 Aug 2026, 16:44 3 baxış
Azərbaycanda 2 milyona dövlət əmlakı satışa çıxarıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonu, Öryət kəndi (Qarasu ərazisində) yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edib. Oxu.Az xəbər verir ki, əmlak kompleksinin ümumi qiyməti 2 milyon manatdır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir. Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir. Qeyd edək ki, sözügedən kompleksin təyinatı ət və süd məhsullarının tədarükü, emalı və satışıdır. Əhatə etdiyi sahə və tikililərin 24 hektardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər