Cəmiyyət
İpoteka və Kredit Zəmanət Fondu yeni sistem yaradır
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka və kredit zəmanət" sisteminin yaradılması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 7 milyon 612 min manat təşkil edir. Tender çərçivəsində ipoteka kreditlərinin verilməsi alt sisteminin və yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi alt sisteminin yaradılması nəzərdə tutulur.
Mənbə
oxu.az