Digər
Tramp Kanadaya qarşı tarifləri 3 günlük dayandırdı
Kanadaya qarşı sabah qüvvəyə minməsi planlaşdırılan 50%-lik tarifləri üç günlük müddətə dayandırdım.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Buna səbəb Kanada ilə ABŞ arasında, sənədlərin yekun şəkildə rəsmiləşdirilməsi şərtilə razılaşmanın əldə olunmasıdır.
Uzun illər əvvəl yuxulu Co Bayden tərəfindən dayandırılan möhtəşəm “Keystone XL” neft kəməri yenidən oyadıla bilər”, - o bildirib.
Mənbə
axar.az