Cəmiyyət

Ağdamda Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkarlandı - FOTO

19 Aug 2026, 11:28 2 baxış
Ağdamda Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkarlandı - FOTO
Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb. Oxu.Az xəbər verir ki. bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Tapıntı ilə bağlı ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib. Ərazidə aparılan baxış zamanı yerin təxminən 1.5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib. Aşkar edilən hərbi sursat Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib. ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa və təhlükəli hallarda 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.
Ağdamda Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkarlandı - FOTO Ağdamda Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkarlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər