Siyasət

Rusiyalı jurnalistdən həmkarlarına Azərbaycanla bağlı çağırış

19 Aug 2026, 10:56 4 baxış
Rusiyalı jurnalistdən həmkarlarına Azərbaycanla bağlı çağırış
Rusiyalı jurnalist və radioaparıcı Armen Qasparyan bloqerləri və Rusiyanın ictimai-siyasi icmasının üzvlərini Azərbaycanla bağlı bəyanatlara daha məsuliyyətlə yanaşmağa çağırıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Solovyov LIVE" verilişinin efirində son zamanlar Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı səslənən təxribatçı açıqlamalara münasibət bildirərkən danışıb. Qasparyan ona diqqət çəkib ki, sərt ictimai açıqlamalar pis nəticələrə gətirib çıxara və yeni diplomatik qalmaqallara səbəb ola bilər. * Üç rusiyalı və onların ölkəmiz haqqında səsləndirdiyi hədyanlar - VİDEO * Qonşunun elə hey bizə tərəf hürən itləri… - VİDEO * Azərbaycanın axtarışa verdiyi Çadayev nazirlikdəki vəzifəsindən getdi - FOTO - VİDEO "Mən dəfələrlə demişəm ki, ictimai-siyasi məkandakı bloqerlərimiz, heç olmasa, hərdən özlərinə sual verməlidirlər ki, onların sözlərini necə şərh edəcəklər. Onlar (rusiyalı bloqerlər - red.) bu cür açıqlamalar verdikləri zaman başa düşürdülər ki, gec-tez bu, Bakıya çatacaq və sonra yenidən beynəlxalq qalmaqal olacaq", - deyə Qasparyan qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər