Cəmiyyət

Naxçıvanın bəzi əraziləri qazsız qalıb

19 Aug 2026, 11:00 2 baxış
Naxçıvanın bəzi əraziləri qazsız qalıb
Bu gün Naxçıvanın iki yaşayış məntəqəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bundan əlavə, saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq. Qazın verilişinin təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər