Cəmiyyət

Xanım bloger hava limanında saxlanıldı

19 Aug 2026, 09:58 1 baxış
Xanım bloger hava limanında saxlanıldı

Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.


Axar.az Unikal.az-a istinadla xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb.


Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.


Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər