İdman

Seneqal millisi məşhur fransalı mütəxəssisə tapşırıldı

18 Aug 2026, 19:36 2 baxış
Seneqal millisi məşhur fransalı mütəxəssisə tapşırıldı
Fransa millisinin heyətində dünya və Avropa çempionu olmuş Patrik Vieyra Seneqal yığmasının yeni baş məşqçisi təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumatı milli komandanın mətbuat xidməti yayıb. Mütəxəssislə imzalanan müqavilənin müddəti barədə hələlik məlumat verilmir. Qeyd edək ki, 50 yaşlı Vieyranın son iş yeri 2024-2025-ci illərdə rəhbərlik etdiyi İtaliyanın "Cenoa" klubu olub. O bundan əvvəl ABŞ-nin "Nyu-York Siti", Fransanın "Nitsa" və "Strasburq", həmçinin İngiltərənin "Kristal Pelas" komandalarının da baş məşqçisi kimi çalışıb. Xatırladaq ki, iyulun 12-də Pap Tyav Seneqal millisinin baş məşqçisi postundan ayrılıb. O, komandasının dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsində Belçika yığmasına məğlubiyyətindən (əlavə vaxtda 2:3) sonra istefa verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər