İdman

Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası

18 Aug 2026, 19:20 2 baxış
Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası
UEFA Konfrans Liqasının həlledici pley-off mərhələsində təmsilçimiz "Qarabağ"la qarşılaşacaq Niderlandın "Tvente" klubu bu vacib matç ərəfəsində rəqabətin keçmişinə nəzər salıb. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qitəmiqyaslı turnirlərdə "Tvente" ilə indiyədək dörd rəsmi matça çıxan "Qarabağ" bu görüşlərin birində qələbə sevinci yaşayıb, iki dəfə sülhə razılaşıb və yalnız bir dəfə meydandan məğlub ayrılıb. Xatırladaq ki, "Qarabağ" və "Tvente"nin yolları Avropa kuboklarında indiyədək iki dəfə kəsişib. Köhnə rəqiblərin ilk dueli 2009-cu ildə UEFA Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib. Həmin il avqustun 20-də Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" hesabda önə keçsə də, yekunda "Tvente" 3:1 hesablı qələbə qazanıb. Bir həftə sonra Bakıda keçirilən cavab matçında qapılara qol vurulmayıb (0:0) və bu nəticə ilə Niderland təmsilçisi qrup mərhələsinə adlayıb. Bu komandaların növbəti rəqabəti 2014-cü ildə yenə Avropa Liqasının pley-off mərhələsində qeydə alınıb. Bakıdakı ilk matçdan tərəflər qolsuz heç-heçə ilə ayrılıblar. Niderlanddakı cavab görüşündə isə 1:1 hesabı qeydə alınıb ki, o dövrdə qüvvədə olan səfər qolu qaydasına əsasən, məhz "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb. Klublar ötən mövsümün hazırlıq prosesi çərçivəsində də güclərini sınayıblar. 2025-ci il iyulun 11-də Avstriyadakı təlim-məşq toplanışı zamanı "Qarabağ" və "Tvente" eyni gündə iki yoxlama matçına çıxıblar. Birinci görüşdə Niderland təmsilçisi 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb, ikinci qarşılaşmada isə 2:1 hesabı ilə qələbəni bayram edib. Beləliklə, yaxınlaşan matç bu iki komandanın Avropa arenasında sayca üçüncü böyük dueli kimi tarixə düşəcək. "Qarabağ" və "Tvente" arasındakı oyunların tarixi xronikası: 20.08.2009 - "Tvente" - "Qarabağ" 3:1 27.08.2009 - "Qarabağ" - "Tvente" 0:0 21.08.2014 - "Qarabağ" - "Tvente" 0:0 28.08.2014 - "Tvente" - "Qarabağ" 1:1 11.07.2025 - "Tvente" - "Qarabağ" 2:3 (yoxlama oyunu) 11.07.2025 - "Tvente" - "Qarabağ" 2:1 (yoxlama oyunu)
{{gallery}} Xatırladaq ki, avqustun 20-də Niderlandın Ensxede şəhərindəki "De Qrolsch Veste" arenasında oynanılacaq bu vacib qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası Avropa arenasında köhnə rəqiblər: "Qarabağ"ın "Tvente"yə qarşı oyun statistikası
Mənbə oxu.az

Oxşar Xəbərlər