İdman

"Sabah"ın rəqibi həlledici matçlardan əvvəl iki futbolçusunu göndərdi - FOTO

18 Aug 2026, 18:08 1 baxış
"Sabah"ın rəqibi həlledici matçlardan əvvəl iki futbolçusunu göndərdi - FOTO
UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsilçimiz "Sabah"la üz-üzə gələcək "Hapoel Beer-Şeva" klubu heyətindən iki futbolçusunu icarəyə göndərib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb. Qərara əsasən, Mor Siman Tov "Hapoel" (Kiryat Şmona) klubunun, Yoav Koren isə "Makkabi" (Petah-Tikva) komandasının formasını geyinəcək. Hər iki futbolçu 2026/27 mövsümü ərzində adıçəkilən klubların uğurları üçün tər tökəcək. Xatırladaq ki, "Sabah" və "Hapoel Beer-Şeva" arasında maraqla gözlənilən ilk duel avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Komandaların qrup mərhələsi yolundakı taleyinə aydınlıq gətirəcək cavab qarşılaşması isə avqustun 25-də doğma Bakıda keçiriləcək.
{{gallery}}
"Sabah"ın rəqibi həlledici matçlardan əvvəl iki futbolçusunu göndərdi - FOTO "Sabah"ın rəqibi həlledici matçlardan əvvəl iki futbolçusunu göndərdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər