Dünya

Britaniyada sabiq məmur işdən çıxarıldığına görə rekord məbləğdə müavinət aldı

18 Aug 2026, 18:40 1 baxış
Britaniyada sabiq məmur işdən çıxarıldığına görə rekord məbləğdə müavinət aldı
Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin keçmiş rəhbəri Kris Uormold təxminən 500 min funt sterlinq (655 min dollar) həcmində rekord səviyyədə işdənçıxma müavinəti əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri razılaşmanın şərtlərinə bələd olan mənbələrə istinadən məlumat yayıb. O, ölkəsinin ABŞ-dəki sabiq səfiri Piter Mandelsonun Ceffri Epşteynlə əlaqələrinə dair qalmaqal fonunda vəzifəsindən azad edilmişdi. Sabiq xidmət rəhbərinin 21 ildən artıq iş stajı olan məmurlar üçün nəzərdə tutulan standart ödənişi - 260 min funt sterlinq (340 min dollar) alacağı gözlənilirdi. Lakin Uormold məcburi işdən çıxarılmaya görə əlavə kompensasiya barədə razılığa gələ bilib. Xəbərdə bildirilir ki, işdənçıxma müavinətinin dəqiq məbləği hökumətin illik hesabatlarında rəsmən açıqlanacaq. Uormold özü bu mövzunu şərh etməkdən imtina edib. Belə razılaşmalar son dərəcə qeyri-adidir. Buna ən yaxın presedent 2022-ci ildə Böyük Britaniyanın Xəzinədarlıq Departamentinin rəhbəri Tom Skoların Baş nazir Liz Trassın fəaliyyətinin ilk günündə işdən çıxarılmasıdır. Ona istifadə edilməmiş məzuniyyətə görə 122 min funt sterlinq (160 min dollar) daxil olmaqla, 457 min funt sterlinq (598 min dollar) ödənilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər