Dünya

Avropanı bürüyən quraqlıq fermerlərə milyardlarla avro ziyan vurub

18 Aug 2026, 15:12 3 baxış
Avropanı bürüyən quraqlıq fermerlərə milyardlarla avro ziyan vurub
Avropa İttifaqı (Aİ) dövlətlərinin kənd təsərrüfatı sektoru qitəni bürüyən kəskin isti hava şəraiti ucbatından ciddi zərərlə üzləşir. İstilik səbəbindən əksər bitki məhsullarının yığımı kəskin şəkildə azalır, həmçinin şərabçılıq və heyvandarlıq sahələrində də mənfi tendensiyalar qeydə alınır. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. İspaniyada müşahidə olunan kəskin quraqlıq taxıl yığımının nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb. Məhsuldarlıq ötən illə müqayisədə Kastilya və Leonda 35%, Madrid bölgəsində 49%, Əndəlüsdə isə 24% azalıb. İtaliyada quraqlıq ucbatından fermerlər əkinlərin suvarılmasını iki həftədə bir dəfəyə qədər azaltmaq məcburiyyətində qalıblar. Meşə yanğınları və şiddətli fırtınaların fəsadları da daxil olmaqla, İtaliyanın aqrar sektoruna dəyən ümumi ziyan üç milyard avronu ötür. Fransada isə xüsusilə iyun ayındakı isti hava dalğası zamanı quşların kütləvi tələf olması səbəbindən yumurta istehsalı ciddi zərər görüb. 2026-cı ilin yayında quraqlıq Avropa İttifaqı ərazisinin təxminən 38%-ni əhatə edib ki, bu da heyvandarlıqla məşğul olan fermerləri qış üçün nəzərdə tutulmuş yem ehtiyatlarından vaxtından əvvəl istifadə etməyə vadar edib. Nəşrin məlumatına görə, yanğından zərər çəkmiş torpaqların bərpası və yenidən əvvəlki halına gətirilməsi üçün tələb olunan xərc 3.1 milyard avro həcmində hesablanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər