Dünya

Fransada məhkumlara narkotik daşıyan dronlar səhiyyə xidmətinin işini çətinləşdirdi

18 Aug 2026, 10:30 2 baxış
Fransada məhkumlara narkotik daşıyan dronlar səhiyyə xidmətinin işini çətinləşdirdi
Fransanın Strasburq şəhərində üç həftədir ki, təcili yardım helikopterləri və mülki təhlükəsizlik xidmətləri yerli istintaq təcridxanası üzərində dronların uçması səbəbindən xəstə və yaralı insanları gecə vaxtı böyük xəstəxanaya daşımaqda ciddi problemlərlə üzləşiblər. Oxu.Az xəbər verir ki, bu barədə yerli rəsmilərin məlumatına istinadən "Agence France-Presse" informasiya yayıb. Agentliyin məlumatına əsasən, məhkumlara qanunsuz bağlamalar (o cümlədən narkotik maddələr, mobil telefonlar və silahlar) çatdıran pilotsuz uçuş aparatları xəsarət alanlara və xəstələrə yardım göstərmək üçün "Otpyer" klinikasına enməli olan helikopterlərə maneələr törədir. Bunun nəticəsində sözügedən tibb müəssisəsinə gecə saatlarında edilən birbaşa uçuşlar dayandırılıb. İndi helikopterlər fərqli bir aerodroma eniş etmək məcburiyyətində qalırlar. Bundan sonra xəstələr xəstəxanaya yerüstü nəqliyyat vasitələri ilə aparılırlar. Qeyd edək ki, bundan əvvəl "Figaro" nəşri ölkənin şərqində təcridxanaya dronlar vasitəsilə 1.8 mindən çox narkotik bağlaması daşıyan beş nəfərin həbs edildiyi barədə məlumat yaymışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər