Dünya

Kolumbiyada zəlzələnin vurduğu ziyan 9.6 milyard dollar qiymətləndirilir

18 Aug 2026, 09:08 2 baxış
Kolumbiyada zəlzələnin vurduğu ziyan 9.6 milyard dollar qiymətləndirilir
10 avqustda Kolumbiyada baş verən zəlzələnin birbaşa maddi ziyanı 30 trilyon peso (9.6 milyard dollar) təşkil edir. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident Abelardo de la Espriella məlumat verib. "Artıq bütün bu fəlakətin iqtisadi miqyasının ilk texniki qiymətləndirilməsinə sahibik. Özəl bir şirkət Çoko, Valle del Kauka, Risaralda, Kindio və Kaldasda birbaşa maddi ziyanı hesablayıb və bu ziyanın 30 trilyon pesoya yaxınlaşdığını bildirib. Bunun 24.5 trilyon pesosu binalara (7.8 milyard dollar - red.) və 5.5 trilyon pesosu (1.8 milyard dollar - red.) infrastruktura aid edilib. Bunlar ilkin rəqəmlərdir", - deyə o, açıqlamasında bildirib. Prezident son rəqəmlərə görə zəlzələ nəticəsində 289 nəfərin öldüyü, 4 187 nəfərin yaralandığı və 142 nəfərin itkin düşdüyü barədə məlumat verib. 26 945 ev dağılıb, 127 557 evə ziyan dəyib. ABŞ, Ekvador və İsraildən 138 xarici xilasedici yardım göstərmək üçün Kolumbiyaya gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər