Digər
Pakistanda əməliyyat: 17 silahlı öldürüldü
Pakistanın Bəlucistan əyalətində keçirilən hərbi əməliyyatlar zamanı 17 silahlı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə APP agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar Xuzdar rayonunda dağlıq ərazidə və Lajay bölgəsində baş tutub.
Təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı çoxlu sayda müasir silah, döyüş sursatı və digər avadanlıq aşkarlayıb.
Mənbə
axar.az