Dünya

ABŞ-İran danışıqları dalana dirənib: Vasitəçilər mesaj daşıyırlar

16 Aug 2026, 19:24 1 baxış
ABŞ-İran danışıqları dalana dirənib: Vasitəçilər mesaj daşıyırlar
Pakistan və Qətərdən olan vasitəçilər ABŞ ilə İran arasında mesajlar ötürməyə davam edirlər, lakin tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin fikrincə, Pakistan tərəfi danışıqlar prosesini real vəziyyətdən daha nikbin qiymətləndirir və prosesin sürət qazandığı təəssüratını yaratmağa çalışır. İslamabadın qənaətinə görə, bu yanaşma danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxmağa kömək edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər